Azərbaycanda ən əz sığorta haqqı toplayan şirkətlərin adı açıqlanıb

Azərbaycanda ən əz sığorta haqqı toplayan şirkətlərin adı açıqlanıb
# 16 oktyabr 2014 09:05 (UTC +04:00)

Bakı. APA-Economics - Musa Əhmədov. Bu ilin yanvar-sentyabr aylarında toplanmış sığorta haqlarının həcminə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”ə verilən məlumata görə, şirkət 9 ayda 37,5 mln. manat sığorta haqqı toplayıb.

Sonrakı yeri tutan “Paşa Həyat Sığorta”nın yığımları 31,7 mln. manat, “Azərsığorta” DSKŞ-nin yığımları 30,9 mln. manat olub. Sığorta yığımlarının həcminə görə ilk beşliyi “Atəşgah Həyat” şirkətinin yığımları (30,2 mln. manat), “Azsığorta” (27,4 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə, bazarın təxminən 50%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Əmrah Sığorta” (712 min manat), “Era-Trans” (403 min manat), “Azərqarant” (361 min manat), “Günay Sığorta” (144 min manat), “Çartis Azərbaycan” (41 min manat) və “Royal Sığorta” (2255 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1,66 mln. manat olub və ümumi sığorta yığımlarının təxminən 0,5%-ni təşkil edib.

Ümumilikdə 28 sığorta şirkətinin 10-da sığorta haqlarının həcmi 10 mln. manatdan artıq, 5 şirkətdə 5-10 mln. manat arasında, 7 şirkətdə 1-5 mln. manat arasında, 6 sığorta şirkətində isə 1 mln. manatdan aşağıdır. Şirkətlərdən 11-də sığorta haqlarının artımı, 17-də isə azalması baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR