Bank Of Baku

Bu ay on bir mindən çox uşağa 16 minə yaxın peyvənd vurulub

Bu ay on bir mindən çox uşağa 16 minə yaxın peyvənd vurulub
# 21 avqust 2026 18:12 (UTC +04:00)

TƏBİB tərəfindən təsdiq edilmiş İmmunizasiya üzrə Tədbirlər Planı çərçivəsində ölkə üzrə 1–15 avqust tarixlərində 11 504 uşağa ümumilikdə 15 893 peyvənd tətbiq olunub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, plan çərçivəsində ilkin səhiyyə müəssisələrində uşaqların immunizasiya statusunun qiymətləndirilməsi, peyvənddən kənarda qalmış və natamam immunizasiyalı uşaqların müəyyənləşdirilməsi, valideynlərin maarifləndirilməsi və uşaqların yaşına uyğun peyvəndlərlə immunizasiyasının tamamlanması istiqamətində tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, immunizasiya prosesinə cəlb olunan tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə 15–31 iyul tarixlərində keçirilən təlimlərdə 1 435 tibb işçisi iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR