Moskvada IV Beynəlxalq Parlament Forumu keçirilib - FOTOSESSİYA

Moskvada IV Beynəlxalq Parlament Forumu keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 01 oktyabr 2015 15:17 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında IV Beynəlxalq Parlament Forumu keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Dövlət Duması və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda 42 ölkədən 200 nəfərdən çox parlamentar iştirak edib.

Forumu giriş sözü ilə açan Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin hər il keçirilən ənənəvi Beynəlxalq Parlament Forumunda iştirak edən nümayəndə heyətinin sayının ildən ilə artığını söyləyib: “Əgər birinci forumda 24 ölkədən 87 nəfər nümayəndə iştirak edirdisə, budəfəki forumda 42 ölkədən və 9 beynəlxalq təşkilatdan 200-dən çox nümayəndə iştirak edir”.

Rusiya parlamentinin aşağı palatasının sədri Beynəlxalq Parlament Forumunu yeni beynəlxalq təşkilata çevirməyi təklif edib: “Bizim bu müntəzəm keçirilən forumu yeni beynəlxalq təşkilata çevirmək haqqında fikirləşməyin artıq vaxtıdır. Mən həmkarlarmı bu təklifə cavab verməyə tələsməməyə çağırıram. Burada əsas məqsəd aydındır. Bu, beynəlxalq hüququn və inamın möhkəmləndirilməsi uğrunda dialoqdur. Qanunlar və diplomatiya bizim ümumi məsuliyyət daşıdığımız sahədir”.

Forumda Rusiya Federasiya Şurasının və Xarici İşlər Nazirliyinin nümayəndələri də çıxış ediblər.

İştirakçılar parlamentlərin qarşılıqlı fəaliyyət məsələlərini, parlament və parlamentlərarası təşkilatların beynəlxalq hüquq və təhlükəsizliyin aliliyinin möhkəmlənməsində rolunu müzakirə ediblər. Müzakirələrinin digər mövzusu isə hərbi münaqişələrin intensivləşməsi nəticəsində miqrasiya ilə bağlı yaranan vəziyyət olub.

Qeyd edək ki, IV Beynəlxalq Parlament Forumunda Azərbaycanı ölkənin Rusiyadakı səfirliyinin nümayəndəsi Ağalar Atamoğlanov təmsil edib. Bundan başqa, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev də toplantıya qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR