Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, avqustun 28-də həyata keçirilən köç çərçivəsində Şükürbəyli kəndinə 15 ailə, ümumilikdə 86 nəfər köçürülüb.
Köç edən ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.
Köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
Doğma yurda qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar torpaqların işğaldan azad olunmasında iştirak edən Azərbaycan Ordusunun hərbçilərinə minnətdarlıqlarını ifadə edib, şəhidlərə rəhmət diləyiblər.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.