Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
# 26 sentyabr 2014 14:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı şifarişlər 1 birja üzvü tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 1 002 400 manat təşkil edib.

Sifarişlər 100,01% qiymətlə təqdim edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 002 400 manat məbləğində müəyyən edilib.

İstiqrazlar üzrə faiz gəlirliyi 3,75% təşkil edir. İstiqrazların ödəmə tarixi 23 sentyabr 2016-cı ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR