Azərbaycan Mərkəzi Bankı və AYİB əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı və AYİB əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib
# 10 aprel 2013 15:59 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurasının üzvlərini qəbul edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycanın iqtisadi inkişafı, növbəti illərdə ölkə iqtisadiyyatının qarşısında duran çağırışlar, bank sektorundakı islahatlar, həmçinin AYİB-in Azərbaycanda hazırkı fəaliyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Direktorlar Şurasında Böyük Britaniya Birləşmiş Krallığından direktor Conatan Okenden AYİB-in Azərbaycanın bank sektoru ilə uğurlu əməkdaşlığından məmnun olduğunu və bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Öz növbəsində E.Rüstəmov Azərbaycanın AYİB ilə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək, bu beynəlxalq maliyyə institutunun Azərbaycanın bank sistemində iştirakının təqdirəlayiq olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR