Ermənilərlə ruslar arasında kütləvi dava: 1 ölü, 2 yaralı - VİDEO

Ermənilərlə ruslar arasında kütləvi dava: 1 ölü, 2 yaralı - <span style="color: red;">VİDEO
# 11 oktyabr 2014 10:48 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Min Vod şəhərindəki "Yevgeniya" kafesində ölümlə nəticələnən kütləvi davanın iştarkçısı olan 32 nəfər saxlanılıb. Tutulanlardan 12 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Onların 8 nəfəri milliyyətcə ermənidir.

APA TV-nin xəbərinə görə, hadisə bu il sentyabrın 20-də baş verib. Kafedə baş verən kütləvi dava nəticəsində yerli sakin Anatoli Larionov aldığı xəsarətlərdən ölüb. Hadisədən bir neçə gün sonra heç kimin həbs olunmaması yerli sakinlərin etirazına səbəb olub. Şəhər sakinləri ermenilərin özbaşınalığına son qoyulması və onların deportasiya edilməsi tələbilə aksiya keçiriblər. Bundan sonra şəhər hüquq-mühafizə orqanları hərəkətə keçib və hadisədə şübhəli bilinən şəxslər yaxalanıb.

İstintaqın gedişi zamanı müəyyən edilib ki, kafedəki qarşıdurma zamanı xəsarət alan Anatoli Larionov xəstəxanaya catıdırılıb. Kütləvi davanı salan ermənilər daha bir neçə nəfər çağıraraq, xəstəxanaya hücuma keçiblər. Bir qrup erməni xəstəxanaya daxil olaraq, xəsarət almış Anatoli Larionovu tapıblar və təxminən 10 nəfər onun üstünə düşərək möhkəm döyüb. Yaralı aldığı xəsarətdən ölüb, tibb bacısı Nina Stanka və Larionovun dostu Ruslan Abdulcəlilov isə ağır yaralanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR