Azərbaycan əhalisi əmanətlərini xarici valyutada saxlamağa üstünlük verir - TƏHLİL

Azərbaycan əhalisi əmanətlərini xarici valyutada saxlamağa üstünlük verir - <span style="color: red;">TƏHLİL
# 15 aprel 2015 14:14 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin martın 1-nə müştərilər tərəfindən banklara yerləşdirilən depozitlərin həcmi 18 482 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin analoji dövri ilə müqayisədə bu göstərici 5 555,1 mln. manat və ya 42,97% çoxdur.

Bununla yanaşı, yanvar ayı ilə müqayisədə fevralda depozitlərin həcmi 3 347 mln. manat və ya 22,11% artıb.

Depozit bazasının valyutalar üzrə strukturuna nəzər salanda məlum olur ki, əmanətlərin 6 mlrd. 120 mln. manatla, 12 mlrd. 362 mln. isə xarici valyuta ilə yerləşdirilib. Başqa sözlə, depozitlərin 33,1%-i manatla, 66,9%-i isə xarici valyutada yatırılıb.

Hesabat dövründə əhalinin əmanətləri 7 932,7 mln. manata bərabər olub ki, bu, 2014-cü ilin fevral ayı ilə müqayisədə 1 341 mln. manat və ya 20,34% çoxdur. Bu dövrdə əhalinin banklardakı əmanətləri 2 987,8 mln. manatla, 4 944,9 mln. isə xarici valyutada yerləşdirilib. Son 1 ildə manatla yerləşdirilən əmanətlərin həcmi 1 040,7 mln. manat azalıb. Bu ilin yanvar ayına nisbətən fevral ayında milli valyutada olan əmanətlərin həcmi də 1 288,5 mln. manat azalıb. Xarici valyutada olan əmanətlərdə isə 2 mlrd. 100 milyonluq artım var. Milli valyutada olan əmanətlərin azalması hesabına fevralda manatla yerləşdirilən əmanətlərin ümumi əmanətlərdə payı 37,66%-ə düşüb. Halbuki, yanvar ayında bu göstərici 60,05% olub. Yəni, yanvar ayında banklar əhalidən 4 276,3 mln. manatla, 2 845 mln. manat isə xarici valyuta ilə əmanət qəbul edib.

Ümumiyyətlə, yanvar ayı ilə müqayisədə fevral ayında əhalinin banklara yerləşdirdiyi əmanətlərdə 811,4 mln. manatlıq artım qeydə alınıb. Əhalinin əmanətlərinin valyuta strukturuna nəzər salanda məlum olur ki, ötən ilin dekabrdan başlayaraq əhalinin manatla yatırdığı əmanətlərin həcmi də azalmağa başlayıb. Yəni, dekabrda milli valyuta ilə əmanətlərin həcmi 4 422,4 mln. manat olduğu halda, yanvarda bu rəqəm 146,1 mln. manat azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR