Bakıda metroda sevgilisini öldürməyə cəhddə təqsirləndirilən Vahid Abdullayevin cinayət işi məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, V.Abdullayev 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il sentyabr ayında baş verib. Metronun "Nəsimi" stansiyasında 1972-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Elnarə Baloğlan qızı 1972-ci il təvəllüdlü Abdullayev Vahid İnqilab oğlu tərəfindən bıçaqlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən Vahid Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, Vahid Abdullayev E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə də qısqanclıq zəminində baş verib.
V.Abdullayev Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham edilir.