Bakı. Rəşad Süleymanov – APA. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları yabanı halda bitən çətənə kollarını məhv edib. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Sərhədboyu zonalarda keçirilən rejim tədbirləri çərçivəsində Ağstafa rayonu Sadıxlı kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 1 hektar ərazidə ümumi çəkisi 1070 kq olan 1930 ədəd yabanı halda bitmiş çətənə kolları sərhəd naryadı tərəfindən aşkar olunub.
Çətənə kolları müvafiq qaydada məhv edilib.