Meteohəssas insanlarda narahatlıq yaranacaq

Meteohəssas insanlarda narahatlıq yaranacaq
# 20 noyabr 2014 09:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Noyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə çiskinli olacağı, gecə saatlarında yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10, gündüz 11-14 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı, çiskinli, şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, noyabrın 22-23-də Abşeron yarımadasında atmosfer təqyiqinin xeyli tərəddüdü, noyabrın 23-24-də küləyin güclənməsi və temperaturun kəskin aşağı enməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR