Rusiya XİN: Hələlik Suriyada beynəlxalq koalisiyanın İŞİD-ə qarşı əməliyyatlarında iştirak edə bilmərik

Rusiya XİN: Hələlik Suriyada beynəlxalq koalisiyanın İŞİD-ə qarşı əməliyyatlarında iştirak edə bilmərik
# 06 oktyabr 2015 14:37 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Rusiya hələlik ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyada İŞİD-ə qarşı əməliyyatlarında iştirak edə bilməz”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya XİN nümayəndəsi Dəməşqlə BMT Təhlükəsizlik Şurasının razılığı olmadan Moskvanın beynəlxalq koalisiyada iştirak edə bilməyəcəyini söyləyib: "Praktiki olaraq biz hər gün ABŞ Dövlət Departamentinin brifinqlərini izləyirik. Orada bizə qarşı absurd fikirlər səsləndirilir. Xüsusən də Rusiyanın beynəlxalq koalisiyaya qoşulması ilə bağlı. Demək olar ki, bu hər gün təkrar olunur. Biz dəfələrlə İŞİD-lə birgə mübarizə aparmağın əleyhinə olmadığımızı demişik. Lakin bu şərtlər altında koalisiyaya qoşula bilmərik. Ona görə ki, bu koalisiya beynəlxalq hüquq normalarına uyğun deyil. Biz hətta İraqda beynəlxalq koalisiyanın necə fəaliyyət göstərdiyini nümunə də gətirdik. Bu tamamilə qanunidir. Çünki rəsmi Bağdadın razılığı olub”.

M. Zaxarova qeyd edib ki, əgər Suriyaya qarşı qurulan koalisiya ilə bağlı bu cür addımlar atılsa, o zaman Rusiyanın beynəlxalq koalisiyanın legitimliyini şübhə altına almaq üçün əsası olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR