FHN-in Şimal-Qərb Regional Mərkəzi təhsil müəssisəsində tədbir keçirib - FOTO

FHN-in Şimal-Qərb Regional Mərkəzi təhsil müəssisəsində tədbir keçirib - <span style="color: red;">FOTO
# 09 oktyabr 2014 18:19 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları Zaqatala şəhər 3 saylı tam orta məktəbində “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları, mülki müdafiə hazırlığının təşkil olunması” mövzusunda maarifləndirmə tədbiri keçiriblər.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərə təbii və texnogen mənşəli fövqəladə hallardan qorunmaq, hadisələr zamanı özünə və digərlərinə kömək etmək, ilkin tibbi yardımın göstərilməsi və yanğın təhlükəsizliyi sahəsində davranış qaydaları, baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması və bu zaman insanlar arasında davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsinə dair biliklərin çatdırılması idi.

Tədbirdə çıxış edən məktəbin direktoru qeyd etdi ki, fövqəladə hallar mövzusunda aparılan hər bir təbliğat işinin təhlükəsizliyimiz üçün çox böyük əhəmiyyəti var. Bu mövzuda daha çox məlumatlı olmağın vacibliyini 2012-ci ilin may ayında baş verən zəlzələ bir daha sübut etdi.

Sonra Mərkəz əməkdaşları “Fövqəladə hal anlayışı”, “Fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu”, “Ərazi üçün xarakterik olan təbii fəlakətlər”, “Əhalinin fövqəladə hallarda qorunması”, “Təbii fəlakət və texnogen qəzalar zamanı mülki müdafiə hazırlığının təşkil olunması”, “Yanğın, partlayış”, “Zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı?”, “Dəm qazından zəhərlənmənin profilaktikası”, “Texnogen qəzalar”, “Fövqəladə hallar zamanı əhalinin təxliyə olunması”, “112” qaynar telefon xəttinə hansı hallarda müraciət etmək olar?” və sair mövzularda ətraflı məlumatlar veriblər.

Çıxışlardan sonra “Zəlzələ vaxtı və ondan sonra nə etməli?” və “Dəm qazı və ya gözəgörünməz qatil” adlı video-çarxlar nümayiş olundu, qarşılıqlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR