Sumqayıt Dövlət Universiteti beynəlxalq sərgidə təqdim olunub - FOTO

Sumqayıt Dövlət Universiteti beynəlxalq sərgidə təqdim olunub - <span style="color: red;">FOTO
# 19 noyabr 2014 10:27 (UTC +04:00)

Bakı - APA. Xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsil imkanları beynəlxalq sərgidə təqdim olunub.

APA-nın xəbərinə görə, Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən "Xaricdə təhsil" beynəlxalq sərgi-yarmarkasında Sumqayıt Dövlət Universitetində təhsil imkanları barədə sərgi iştirakçılarına məlumat verilib.

Ümumilikdə dünyanın 20 ölkəsindən təhsil ocaqlarının qatıldığı beynəlxalq sərgidə ABŞ, Rusiya, Kanada, Birləşmiş Krallıq, İsveçrə kimi ölkələr də təmsil olunub. Sərgidə ölkəmizi Sumqayıtda yerləşən “Reduco” Təlim Tədris Mərkəzi təmsil edib.

Azərbaycanın təmsil olunduğu sərgi guşəsində bakalavriat və magistratura, o cümlədən MBA proqramı barədə geniş məlumatlar əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR