Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi beynəlxalq tədbirdə iştirak edib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi beynəlxalq tədbirdə iştirak edib
# 18 may 2015 13:36 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Mayın 11-dən 14-dək Honq Konq şəhərində Çin Xalq Respublikasının Honq Konq xüsusi regionunun Müstəqil Antikorrupsiya Komissiyasinin təşkilatçılığı ilə “Korrupsiyasız gələcək: bir məqsəd müxtəlif yanaşmalar” mövzusunda konfrans keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO), Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa Bürosunun (OLAF) və digər beynəlxalq təşkilatların, dünyanın qabaqcıl ölkələrinin müstəqil antikorrupsiya qurumlarının rəhbərlərinin və ekspertlərinin iştirak etdiyi tədbirdə Kamran Əliyev çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks tədbirlər barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin də təmsil olunduğu Azərbaycan nümayəndə heyəti Honq Konq Müstəqil Antikorrupsiya Komissiyasının rəhbəri Simon YL Peh, Sinqapurun Korrupsiya İstintaq Bürosunun direktoru Vonq Honq Kuan və digər məsul şəxslərlə görüşlər keçirib.

Görüşlərdə Simon YL Peh Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə 2014-cü il iyunun 30-dan iyulun 1-dək Bakıda keçilmiş “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda beynəlxalq konfransa Honq Konq nümayəndə heyətinin dəvət edilməsinə və yüksək təşkilatçılığa görə təşəkkürünü bildirib.

Korrupsiyanın qarşısının alınması sahəsində ikitərəfli əməkdaşlıq və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumunun əməkdaşlarının Honq Konq və Sinqapura səfəri məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR