"Qarabağ"ın qələbəsi Bakıda qeyd olunub - FOTO - VİDEO

"Qarabağ"ın qələbəsi Bakıda qeyd olunub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 avqust 2014 03:43 (UTC +04:00)

APA-nn məlumatına görə, tarixində ilk dəfə avrokubokların qrup mərhələsində oynamaq şansı əldə edən “Qarabağ” klubunun bu qələbəsi ilə əlaqədar Bakıda qələbə yürüşü keçirilib. Azadlıq meydanına toplaşan "Qarabağ"lı fanatlar qələbə şüarları səsləndirərək Neftçilər prospekti boyu yürüş ediblər.

Qeyd edək ki, Azərbaycan çempionu Avropa Liqasının pley-off mərhələsini adlayıb.

Qurban Qurbanovun yetirmələri cavab oyununda Hollandiyada yerli “Tvente”nin qonağı olub. Bakıda qolsuz bərabərliklə kifayətlənən “Qarabağ” səfərdə "Tvente" ilə 1:1 hesablı bərabərlik əldə edib. Bu hesab komandamıza tarixidə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə adlamaq imkanı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR