Sabah Bakıda 16-21 dərəcə isti olacaq

Sabah Bakıda 16-21 dərəcə isti olacaq
# 24 oktyabr 2014 10:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 10-13, günün birinci yarısında 16-21, axşama doğru 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah şimal və şərq rayonlarından başlayaraq yağıntıların intensivləşəcəyi, gecəyə doğru bəzi dağlıq ərazilərdə sulu qara və qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin axşam bəzi Kür vadisi rayonlarında güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 9-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR