“Su və dayanaqlı inkişaf” mövzusunda konfrans keçirilib - FOTO

“Su və dayanaqlı inkişaf” mövzusunda konfrans keçirilib - <span style="color: red;">FOTO
# 13 mart 2015 12:28 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov - APA. Oğuzda “Su və dayanaqlı inkişaf” mövzusunda konfrans keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, BMT-nin İnkişaf Proqramı (BMT İP) və Fövqəladə Hallar Nazirliyinin “Böyük Qafqaz Regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” adlı birgə layihəsi çərçivəsində keçirilən konfransda BMT-nin və aidiyyəti dövlət qurumlarının nümayəndələrin iştirak edib.

Tədbiri açıq elan edən BMT İP-in Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev təmsil etdiyi təşkilatın Azərbaycanda su ehtiyatlarının mühafizəsi, su və daşqınların idarə edilməsi mexanizmlərinin işlənib hazırlanmasında böyük rola malik olduğunu vurğulayıb. Su və Dayanıqlı İnkişaf mövzularını əhatə edən konfransın Ümumdünya Su Günü ərəfəsində keçirilməsini yüksək qiymətləndirən BMT-nin Rezident Əlaqələndiricisi və BMT İP-in Rezident Nümayəndəsi Antonius Brukun su ehtiyatlarının qorunması və səmərəli istifadəsinin BMT-nin gələcək Post-2015 İnkişaf Gündəliyində əsas məqsədlərdən biri olacağını bildirib.

Azərbaycanda içməli su ehtiyatlarının səmərəli istifadəsinin vacibliyini qeyd edən Dövlət Su Ehtiyatları Agentliyinin rəisi Baba Azakov hökumətin bu məsələni dərk etdiyini və lazımi tədbirlərin bundan sonra da görüləcəyini vurğulayıb.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov bu məsələnin gündəmdə qalmasını və icra orqanı kimi istənilən köməyin göstəriləcəyini deyib.

Konfrans daha sonra layihəyə cəlb edilmiş ekspertlərin təqdimatı və müzakirələrlə davam etdirilib. Tədbirdə “Sel və daşqınların idarə edilməsi” layihəsinin heyəti, əsas tərəfdaş təşkilatların nümayəndələri, beynəlxalq və yerli ekspertlər, rayon İcra Hakimiyyəti nümayəndələri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak dib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR