Azərbaycan gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları bir ildə 4,2% artıb

Azərbaycan gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları bir ildə 4,2% artıb
# 15 may 2015 11:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 483 mln. 252,98 min manat təşkil edib.

APA-Economics”in DGK-ya istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19 mln. 336,18 min manat və ya 4,17% çoxdur.

Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 136 mln. 824,35 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 313 mln. 403,04 min manat, aksizlər üzrə 27 mln. 091,51 min manat, yol vergisi üzrə isə 5 mln. 934,08 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR