Bank Of Baku

DİM buraxılış imtahanına salınmış "telepatiya" və "telekinez"lə bağlı suallara aydınlıq gətirib

DİM buraxılış imtahanına salınmış "telepatiya" və "telekinez"lə bağlı suallara aydınlıq gətirib
# 17 mart 2023 11:32 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarında "telepatiya" və "telekinez" barədə salınan suallara aydınlıq gətirilib.

APA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

O bildirib ki, bu iki sözün mənası barədə 4-cü sinif dərsliklərində material var.

Bu il buraxılış imtahanı verənlər 4-cü sinifdə oxuyarkən həmin mətnlə tanış olublar.

"Hələ dekabrda buraxılış imtahanına aid çıxan jurnalımızda hər bir fənnə aid olan standartları açıqlamışıq. Həmin standartlarda hansı biliklıtin yoxlanılacağı qeyd olunub. VIII sinif üzrə olan standartda "Tanış olmadığı söz və ifadələrin qarşılığını tapmaqla şərh edin" bəndi yer alıb. Eyni zamanda IX sinfə dair standartda da oxşar bənd var" - deyə Məleykə Abbaszadə qeyd edib.

Sözügedən materialı təqdim edirik:

Azərbaycan dili, Metodik vəsait, 4-cü sinif, 2015-ci il, s.226 (e-dərslik.edu.gov.az)

– Sizcə, Lemi dostunun qalib gəlməsinə kömək etməməkdə haqlı idimi? Siz onun yerində olsa idiniz, kömək edərdinizmi?

Tətbiqi çalışmalar üçün iş dəftərinin 143-cü səhifəsindəki 2-3-cü tapşırıqlardan istifadə oluna bilər.

Dinləmə TELEPATİYA VƏ TELEKİNEZ

Telepatiya – yaxın və ya uzaq məsafədə olan insanın fikirlərini oxumaq qabiliyyətidir. Bu qabiliyyətə malik olan insanlar çox azdır və onları çox vaxt ekstrasens adlandırırlar. Məsələn, azərbaycanlı Tofiq Dadaşov dünyada məşhur ekstrasenslərdən biridir. O yalnız telepatiya deyil, həm də telekinez bacarığına da malik olmuşdur.

Telekinez – heç bir təmas (kontakt) olmadan uzaqdan-uzağa predmetlərə və şüura təsir göstərmək qabiliyyətidir. Geller adlı bir ingilisin telekinetik qabiliyyəti dünyanın bir çox ekspertləri tərəfindən təsdiq olunub. İndi elm bu qeyri-adi qabiliyyətin sirrini öyrənməklə məşğuldur.

Əvvəllər belə qabiliyyəti olan insanları fırıldaqçı adlandırırdılar. Bu cür tənqidlərə məruz qalanlardan biri də Ninel Kulagina idi. Ona qarşı belə münasibətlərdən bezən qadın məhkəməyə müraciət etməli olur. Məhkəmənin xahişi ilə mötəbər alimlərdən ibarət bir heyət Kulaginanın rəsmi ekspertizasını təşkil edir. Alimlərin müşahidəsi altında Kulagina baxışının gücü ilə şüşə altına qoyulmuş çarxı fırlatmış, 553 qram ağırlığında şüşə qrafini hərəkət etdirmişdi. Nəticədə elmi dairələrin rəsmi qənaəti əsasında məhkəmə onun qabiliyyətinin hələ elmə məlum olmayan bir qabiliyyət olduğunu rəsmi şəkildə təsdiqlədi.

Belə qabiliyyəti olan şəxslərdən biri də rusiyalı İqnatenkodur. O, telekinezə bənzər qabiliyyət olan “astral karate” ilə məşhurdur. Belə ki, heç bir kontakt olmadan uzaqdan-uzağa insanlara zərbə endirə bilir.

Yazı

Şagirdlər “Məndə telekinez bacarığı olsa idi, nə edərdim?” mövzusunda esse yazırlar. Hər bir şagird öz yazısında telekinezin nə olduğunu açıqlamalı, məhz hansı telekinez bacarığına malik olmaq istəyini bildirməlidir.

Mətnin davamını oxumazdan əvvəl müəllim şagirdlərə sualla müraciət edir:

- Təsəvvür edin ki, qiymətli bir əşyanız oğurlanıb və siz bu işdə tanıdığınız bir adamdan şübhələnirsiniz. Bu vəziyyətdə nə edərsiniz?

Şagirdlərin cavabları dinlənilir və müzakirə olunur.

Oxu
I mərhələ. “Üzgüçülük hovuzunda” mətninin 2-ci hissəsi (səh. 213-214) oxunur.
Suallar:Mətnin bu hissəsində Leminin hansı bacarığı əks olunur?
– Lemi suyun altında neçə dəqiqə qalmışdı?
– Siz suyun altında nə qədər qala bilirsiniz?

II mərhələ. Mətnin 3-cü hissəsinin 1-ci abzası oxunur (səh. 214).
Suallar:Sizcə, saatı kim və hansı məqsədlə oğurlamışdı?
– Uşaqlar bu vəziyyətdə nə edəcəklər?

Şagirdlər cavab variantlarını söyləyirlər. Yaxşı olar ki, müəllim uşaqları aşağıdakı variantları genişləndirməyə yönəltsin:

1. Saatı Aysel gizlətmişdi. O istəmirdi ki, Lemi öz qardaşı ilə əlaqə saxlayıb gəldiyi planetə qayıtsın.

2. Saatı Rüstəm götürmüşdü. O istəyirdi ki, özü saat vasitəsilə yadplanetlilərlə əlaqə saxlayıb həmin planetə uçsun.

Şagirdlər bu variantları əsas götürüb təxəyyüllərinə uyğun genişləndirir və mətn quraraq nəql edirlər.

III mərhələ. Mətnin davamı 1-ci mavi dairəyə (səh. 214) qədər oxunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR