Milli Azərbaycan Tarixi Muzeyinə “Molla Nəsrəddin” jurnalının nadir nömrələri hədiyyə olunub - FOTO

Milli Azərbaycan Tarixi Muzeyinə “Molla Nəsrəddin” jurnalının nadir nömrələri hədiyyə olunub - <span style="color: red;">FOTO
# 03 aprel 2013 08:12 (UTC +04:00)

Muzeydən APA-ya verilən xəbərə görə, ABŞ-da yasayan və Vaşinqton şəhərində mühəndis işləyən həmyerlimiz Məmmədov Fərhad Rüstəm oğlu muzeyə Şərqin ilk və ən populyar satirik jurnalı olmuş “Molla Nəsrəddin” jurnalının 1908-1909-cu illərə aid nömrələrinin cildlənmiş toplusunu bağışlayıb.

Toplu vaxtilə görkəmli Azərbaycan iqtisadçı və etnoqrafı, cümhuriyyət dövrünün görkəmli ziyalısı, Azərbaycan İstiqlal Təşkilatının fəal üzvlərindən olan Məhəmmədhəsən bəy Baharlıya (1896-1937) məxsus olub. M. H. Baharlı 1937-ci ildə güllələndikdən sonra onun kitabxanasındakı kitab və jurnallar qohumu Həsənov Mir Həsən Mir Əbdüləhəd oğluna qalıb. O isə sonralar bu sənədləri öz nəvəsi F. Məmmədova verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR