Mahmud Əhmədinejad: “Dünyanın təhlükəsizliyini atom bombası deyil, Qərbin dəyərlərini itirən əxlaqı və mədəniyyəti təhdid edir”

Mahmud Əhmədinejad: “Dünyanın təhlükəsizliyini atom bombası deyil, Qərbin dəyərlərini itirən əxlaqı və mədəniyyəti təhdid edir”
# 15 aprel 2013 23:49 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İranın atom bombasına ehtiyacı yoxdur”. APA-nın məlumatına görə, bunu Benində səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad bildirib. Onun sözlərinə görə, İranın nüvə proqramı sülh məqsədlidir: “Biz nüvə silahı istehsal etmək niyyətində deyilik. Nüvə enerjisi bir “ilahi hədiyyə”dir. Özü də dünyanın təhlükəsizliyini atom bombası deyil, Qərbin dəyərlərini itirən əxlaqı və mədəniyyəti təhdid edir”.

Qeyd edək ki, M. Əhmədinejad aprelin 14-də Afrika turnesinə çıxıb. Səfər Benin, Niger və Qanaya həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR