Əli Əhmədov: “YAP bələdiyyə seçkilərinə hazırlığa başlayıb” - VİDEO

Əli Əhmədov: “YAP bələdiyyə seçkilərinə hazırlığa başlayıb” - <span style="color: red;">VİDEO
# 09 iyul 2014 12:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Yeni Azərbaycan Partiyasında dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı işlər aparılır. Partiyanın istər mərkəzi strukturları, istərsə də yerli strukturları artıq hazırlıqlara başlayıblar”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında YAP sədrinin müavini, baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, YAP bələdiyyə seçkilərində yenə uğur qazanacaq:

“Seçkilərə hazırlığın bir çox istiqamətlərindən biri də namizədlərin müəyyənləşdirilməsidir. YAP bələdiyyələrdə geniş şəkildə təmsil olunub. Bizim dəyərləndirməmizin bir istiqaməti də ondan ibarət olacaq ki, ötən 5 il ərzində partiyanı bələdiyyələrdə təmsil edən üzvlər necə fəaliyyət göstəriblər, onlardan neçə nəfərinə yenidən etimad göstərilə bilər və sair. Bunların arasında etimadı doğruldanlar yenidən bələdiyyələrdə təmsil olunmaq şansı qazanacaqlar, YAP tərəfindən namizəd kimi irəli sürüləcəklər. Təbii ki, yeni, gənc nəsil də ictimai-siyasi həyatda yaxından iştirak etmək istəyini ortaya qoyur. Beş il ərzində bacarıqlı, ictimai-siyasi həyatda özünü göstərmiş gənclərin içərisindən seçim edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR