Avropa Şurası Nazirlər Komitəsinin sədri məcburi köçkünlərlə görüşüb - FOTO

 Avropa Şurası Nazirlər Komitəsinin sədri məcburi köçkünlərlə görüşüb - <span style="color: red;">FOTO
# 28 aprel 2015 14:54 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reindersin başçılıq etdiyi nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün salınmış məhəllədə olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətini ərazidə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Abşeron və Zəngilan rayon icra hakimiyyətlərinin başçıları Zakir Fərəcov və Ramiz Həsənov qarşılayıblar.

Əli Həsənov bildirib ki, respublikanın müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bu cür bütün sosial-texniki infrastrukturları ilə birlikdə 90 müasir qəsəbə və məhəllə salınıb, daha ağır şəraitdə yaşayan 240 min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Buna baxmayaraq, 210 min nəfərdən çox məcburi köçkünün yataqxanalarda, tikintisi yarımçıq qalmış obyektlərdə ağır şəraitdə yaşadığını bildirən Ə.Həsənov deyib ki, Azərbaycan dövləti tərəfindən onların da mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə müvafiq tədbirlər həyata keçirilir və bu işlər sülh müqaviləsi imzalanana qədər davam etdiriləcək.

Sonra nümayəndə heyəti ərazidəki 540 şagird yerlik 33 nömrəli Zəngilan rayon tam orta məktəbi, 280 yerlik uşaq bağçası, orada məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə tanış olublar.

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycanın bir nömrəli problemi məhz Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu heç bir irəliləyişə nail ola bilməyib.

Sonra Didier Reindersin rəhbərlik etdiyi nümayəndə heyəti Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərlə görüşüb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR