"AccessBank" öhdəliklərini kəskin artırıb

"AccessBank" öhdəliklərini kəskin artırıb
# 16 iyul 2015 08:16 (UTC +04:00)

Bakı - APA-Economics. "AccessBank"ın öhdəlikləri 2015-ci ilin iyul ayının 1-ə 992,284 mln. manata çatıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu göstərici il ərzində 26,85% artıb.

Öhdəliklərin strukturuna nəzər salanda məlum olur ki, bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla) 32,966 mln. manata çatıb. Ötən ilin analoji dövründə bu rəqəm 28,008 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR