Ucarda un ucuzlaşıb

Ucarda un ucuzlaşıb
# 17 aprel 2013 10:29 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucar rayonunda un ucuzlaşıb. APA-nın Aran bürosunun məlumatına görə, artıq 10 gündür ki, un əvvəlki günlərə nisbətən 2 manat ucuz qiymətə satılır.

Əvvəllər 50 kq-lıq bir kisə un 20 manata satılırdısa, sonradan 19, son günlər isə 18 manata satılır. Un satışı ilə məşğul olan satıcılar unun qiymətinin aşağı düşməsini topdansatış mərkəzlərində qiymətlərin enməsi ilə izah edirlər. Rayonda qəndin, şəkər tozunun və un kəpəyinin də qiymətlərində enmə müşahidə olunur. Belə ki, kiloqramı 1 manat 20 qəpiyə satılan qənd 1 manata, şəkər tozu 1 manatdan 90 qəpiyə, un kəpəyi isə 4 manatdan 2 manat 30 qəpiyə kimi enib.

Ucar Rayon İcra Hakimiyyətinin Aqrar məsələlər üzrə müavini Nurməmməd Tağıyev APA-ya açıqlamasında bildirib ki, qiymətlərin aşağı düşməsi çox yaxşı haldır və ölkədə aparılan düzgün siyasətin nəticəsidir. Bundan başqa, ilin bu fəslində dənli bitkilərin qiymətində enmə müşahidə olunur. Buna əsas səbəb isə sakinlərin ötən ildən qalma dən məhsullarının aşağı qiymətə sataraq, yeni mövsümdə yığılacaq məhsulun daha rahat qablaşdırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR