Azərbaycan millisi Şotlandiya ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi Şotlandiya ilə yoldaşlıq oyunu keçirəcək
# 25 dekabr 2014 07:25 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin 2015-ci ildə keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri böyük ölçüdə müəyyənləşib. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis Robert Prosineçkinin rəhbərlik etdiyi komandamız Şotlandiya ilə qarşılaşacaq.

Həmin görüş iyunun 8-də və ya 9-da Böyük Britaniya təmsilçisinin meydanında keçiriləcək. Qarşılaşmada məqsəd həmin ayın 12-də Norveçlə AVRO-2016-nın seçmə oyununa hazırlıq xarakteri daşıyır.

Yığmamızın məşqçilər korpusu Skandinaviya səfəri öncəsi rəqib meydanında və oxşar oyun üslubuna malik komanda ilə görüşməyi məqsədəuyğun sayıb. Lakin matçın keçiriləcəyi stadion və tarix tam dəqiqləşməyib.

Bu, millimizin tarixinə Şotlandiya yığması ilə ilk oyun kimi düşəcək. Çünki komandamız 22 illik tarixində bu rəqiblə görüşməyib.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə bildirib ki, Şotlandiya ilə matçın keçirilməsi ilə bağlı hər hansı məlumata malik deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR