Komitə: Ramazanla bağlı dini təqvimin pozulması hallarına rast gəlinib

Komitə: Ramazanla bağlı dini təqvimin pozulması hallarına rast gəlinib
# 21 iyun 2016 08:57 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Monitorinqlər zamanı Ramazanla bağlı dini təqvimin Qazax və şimal-qərb bölgəsində pozulması hallarına rast gəlinib. APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, təqvim rəsmi din xadimləri deyil, müəyyən qrup şəxslər tərəfindən pozulub: “Biz bunu anlaşılmazlıq kimi qiymətləndiririk. Gələcəkdə bu kimi hallara rast gəlinərsə, buna yol verən şəxslər cəzalandırılacaq”.

S. Heydərov onu da deyib ki, ötən il qanunsuz dini ədəbiyyat satışına görə 15 nəfər məsuliyyətə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR