Tarix Muzeyinə 17-19-cu əsrə aid arxeoloji eksponat daxil olub

Tarix Muzeyinə 17-19-cu əsrə aid arxeoloji eksponat daxil olub
# 12 mart 2015 09:11 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. AMEA Milli Azərbaycan Tarixi Muzeyinə 17-19-cu əsrlərə aid olduğu ehtimal olunan tunc üzük daxil olub.

Muzeydən APA-ya verilən məlumata görə, vətəndaş tərəfindən təqdim olunan tunc üzük Tərtər rayonunun Qızıloba kəndində tapılıb.

Üzük en kəsiyi rombvarı olan halqadan və yarpaqşəkilli yastı qaşdan ibarətdir. Qaşın üzərinə isə mərkəzində nöqtə olan yeddi ədəd dairə zərb edilib. Onun diametri 18, uzunluğu 21 mm-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR