Vladimir Putin sosial sahəni beynəlxalq münasibətlər və təhlükəsizlikdən daha vacib hesab edir

Vladimir Putin sosial sahəni beynəlxalq münasibətlər və təhlükəsizlikdən daha vacib hesab edir
# 22 iyun 2016 12:24 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putin bu gün Dövlət Dumasının sonuncu plenar iclasında çıxış edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, dövlət başçısı Dumanın işindən razı qaldığını söyləyib, altıncı çağırış Dumanın Krım və Sevastopolun inteqrasiyasındakı rolunu tarixi adlandırıb.

Rusiya prezidenti Dövlət Dumasına payızda keçiriləcək seçkilərin ədalətli, kompromatsız, ideya mübarizəsi əsasında keçirilməli olduğunu vurğulayıb: "Hər şey vacibdir - təhlükəsizlik və beynəlxalq münasibətlər, lakin iqtisadiyyat və sosial sahədən vacib heç nə yoxdur ".

Qeyd edək ki, Rusiya Dövlət Dumasının növbəti seçkilər bu il sentyabrın 18-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR