"Bank VTB (Azərbaycan)"ın aktivləri 47% artıb

"Bank VTB (Azərbaycan)"ın aktivləri 47% artıb
# 11 avqust 2015 14:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. 2014-cü ilin I yarısı ilə müqayisədə bu ilin eyni dövründə "Bank VTB (Azərbaycan)" ASC-nin aktivləri 47% artaraq 340 mln. manata çatıb.

APA-Economics”in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında bankın İdarə Heyətinin sədri Yuri Yakovlev deyib.

Onun sözlərinə görə, hesabat dövründə bankın kredit portfeli 56% artaraq 337,8 mln. manata yüksəlib.

Milli valyutada kreditlərin həcmi təxminən 70,5 mln. manat təşkil edib. Bu 2014-cü ilin 6 ayındakı göstəricidən 14% çoxdur. Xarici valyutada kreditlər isə 112 mln. manat və ya 72% artaraq 267 mln. manata çatıb.

Kredit portfelində istehlak kreditlərinin həcmi 45,6%-ə və ya 154 mln. manata bərabər olub. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə avtokreditlərin həcmi azalaraq 59,4 mln. manat olub.

Ötən ilin iyulun 1-nə olan göstərici ilə müqayisədə bu ilin müvafiq dövründə kredit portfelində biznes kreditlərinin payı 57% artaraq 190 mln. manata yüksəlib. Bank kimik sahibkarlığın maliyyələşdirilməsinə 117 mln. manatdan çox vəsait yönəldib. Orta və iri sahibkarlığın dəstəklənməsinə 72 mln. manat yönəldilib.

Bu ilin I yarısında depozit portfelinin həcmi 40 mln. manata bərabər olub ki, bu da ötən ilin eyni dövründəkindən 24 mln. manat çoxdur.

İyulun 1-nə bankın müştərilərinin sayı 16 mindən 27 minə qədər artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR