Müdafiə nazirinin müavini: “İranın müdafiə xərcləri 2-3, ABŞ-ın hərbi büdcəsi 650 milyard dollardır”

Müdafiə nazirinin müavini: “İranın müdafiə xərcləri 2-3, ABŞ-ın hərbi büdcəsi 650 milyard dollardır”
# 17 aprel 2013 09:59 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İranın müdafiə xərcləri 2-3 milyard dollar təşkil etdiyi halda, ABŞ-ın hərbi büdcəsi 650 milyard dollardır”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran müdafiə nazirinin müavini, general Məcid Bəkai İranla ABŞ-ın müdafiə xərclərini müqayisə edərkən bildirib.

Qərb ölkələrinin İranın nüvə fəaliyyəti ilə bağlı narahatlığına toxunan general deyib ki, ölkəsi nüvə proqramını dayandırdıqdan sonra raketlər, insan haqları və silahlı qüvvələrdə vəlayət kimi mövzular ortaya atılacaq.

M.Bəkai hərbi variantın həmişə masada olduğunu vurğulayaraq, düşmənin silahlı qüvvələrdə vəlayətin yaranması səbəbindən İrana hərbi müdaxiləyə cəsarət etmədiyini söyləyib.

Eyni zamanda general İran istehsalı olan “Gaher-313” qırıcı təyyarəsinin “Ground Efect” texnologiyası ilə dənizin bir-iki metr məsafəsində uça bilərək düşmənin helikopterlərini məhv etmək qabiliyyətinə sahib olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR