Mingəçevirdə avtomobilin altında qalan piyada hadisə yerində ölüb - VİDEO

Mingəçevirdə avtomobilin altında qalan piyada hadisə yerində ölüb - <span style="color: red;">VİDEO
# 11 avqust 2015 14:52 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Yevlax rayonu Tanrıqulular kənd sakini, 1963-cü il təvəllüdlü Vidadi Cəfərov idarə etdiyi “Toyota Prado” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, şəhər sakini 1952-ci il təvəllüdlü Məhəbbət Qurbanovu vurub. Hadisə şahidlərinin sözlərinə görə, avtomobil piyadanın üstündən keçib. Məhəbbət Qurbanov aldığı xəsarətdən hadisə yerində ölüb.


Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR