Gəncədə üç avtomobil toqquşub, 4 nəfər yaralanıb - VİDEO

Gəncədə üç avtomobil toqquşub, 4 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 22 sentyabr 2015 06:18 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Nəriman Nərimanov prospektində, Gülüstan qəsəbəsi ərazisində Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Məhəmməd Rəsulov idarə etdiyi “Daewoo” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən yolun əks istiqamətinə çıxıb, 1990-cı il təvəllüdlü Elşad Haqverdiyevin idarə etdiyi “Niva” markalı və 1988-ci il təvəllüdlü Roman Qurbanovun idarə etdiyi “VAZ 21015” markalı avtomobillərlə toqquşub. Nəticəndə “Daewoo”nun sürücüsü və maşında olan iki sərnişin - 1992-ci il təvəllüdlü Elmar Rzayev və 1986-cı il təvəllüdlü Kərim Kərimov, “Niva” markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alıblar. Xəstəxanaya aparılanlardan Elşad Haqverdiyevin vəziyyəti ağırdır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR