İndiyədək dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi açıqlanıb

İndiyədək dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi açıqlanıb
# 08 oktyabr 2014 07:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları 2006-cı ildən etibarən 15 393 ipoteka krediti veriblər.

APA-economics”in məlumatına görə, AİF-in saytında dərc edilmiş məlumata görə, 2006-2014-cü illərdə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 612 mln. 365,9 min manat təşkil edib.

Qeyd edək ki, AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək illik 8%-dən çox olmayan dərəcə ilə müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir.

Güzəştli kreditlər 3 ildən 30 ilədək maksimum məbləğ 35 min manat olmaqla 4%-lə verilir.

2013-cü ildə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 112,9 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR