Xaçmazda iki maşın toqquşub, xəsarət alan var - VİDEO

Xaçmazda iki maşın toqquşub, xəsarət alan var - <span style="color: red;">VİDEO
# 24 dekabr 2014 09:07 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz - Niyazabad yolunda qeydə alınıb. 90 KK 349 dövlət nömrə nişanlı “Opel” markalı və 10 DB 554 dövlət nömrə nişanlı “VAZ-21011” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Opel”də olan sərnişin - 1977-ci il təvəllüdlü, Xaçmaz rayonu, Qaradağlı kənd sakini Qəniyeva Xalidə Elxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR