Ukrayna baş naziri vətəndaşları “mavi yanacağa” qənaət etməyə çağırıb

Ukrayna baş naziri vətəndaşları “mavi yanacağa” qənaət etməyə çağırıb
# 22 oktyabr 2014 14:05 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Ukrayna baş naziri Arseniy Yatsenyuk ölkə vətəndaşlarını “mavi yanacağa” qənaət etməyə çağırıb.

APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, baş nazir hökumətin iclasında ölkədə enerji resurslarına qənaət edilməsinin vacibliyini vurğulayıb.

“Çətin zamanda yaşayırıq. Buna görə də enerji resurslarına qənaət etmək bizə qışı keçirməyə imkan verəcək”, – deyə A.Yatsenyuk bildirib.

Onun sözlərinə görə, artıq Ukraynada qaz istehlakını 17 faizədək azaltmaq mümkün olub: “Müstəqillik dönəmində ilk dəfədir ki, Rusiyadan qaz təchizatı 4 aylıq dayandırılıb. Və ilk dəfədir ki, öz kömürümüzü İstilik Elektrik Stansiyalarına çatdıra bilmirik. Vəziyyət elə də yaxşı deyil”, – deyə A.Yatsenyuk qeyd edib.

Baş nazir həmçinin bildirib ki, Ukraynanın əlavə 4 milyon tonluq kömür idxalına ehtiyacı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR