Qarabağ hadisələrinin 25 illiyi ilə bağlı türkdilli ölkələrdə silsilə tədbirlər keçirilməsi təklif olunub

Qarabağ hadisələrinin 25 illiyi ilə bağlı türkdilli ölkələrdə silsilə tədbirlər keçirilməsi təklif olunub
# 18 dekabr 2014 10:53 (UTC +04:00)

APA-nın məlumatına görə, bu təklifi Beynəlxalq Türk Akademiyasının prezidenti Derhan Kıdıralı səsləndirib: “Qarabağ hadisələri ilə bağlı geniş tədbirlərin keçirilməsinə, dünya ictimaiyyətinin məlumatlandırılmasına ehtiyac var. Xüsusilə, Türk dünyasında bu istiqamətdə ciddi addımlar ata bilərik. Təklif edirəm ki, gələn il türkdilli ölkələr miqyasında Qarabağ hadisələrinin 25 illiyi ilə bağlı genişmiqyaslı silsilə tədbirlər keçirək. Azərbaycan tərəfindən hər hansı təkliflər olsa, biz bu istiqamətdə çalışmağa hazırıq”.

O, Astanada yerləşən Beynəlxalq Türk Akademiyasının yaradılması və fəaliyyətində Azərbaycanın müstəsna rolu olduğunu qeyd edib: “Azərbaycan tərəfdən daim dəstək hiss edirik. Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx əməkdaşlığımız var. İnanıram ki, Türk Mədəni İrsinin Qorunması Fondu ilə birlikdə böyük işlər görə biləcəyik. Türk Beynəlxalq Akademiyası yeni yaradılsa da, çox ciddi şəkildə çalışır, türk xalqlarının mədəni irsinin qorunması və təbliğində xidmət göstərir. Akademiyanın yanında Türk Xalqları Muzeyi yaradılıb. Altayda tapılmış 8-ci əsr Göytürklər dövrünə aid qopuzu bərpa etmişik. Bu qopuz əsasında Dədə Qorqudun qopuzunun da necə olduğunu bilirik. Həmin qopuz Parisdə nümayiş olunacaq. Türk mədəni irsinin Avropaya və dünyaya çıxması istiqamətində bu və digər istiqamətdə işlərimizi davam etdiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR