“Rabitəbank” ABŞ dollarında krediti olan müştərilərinə güzəşt edir

“Rabitəbank” ABŞ dollarında krediti olan müştərilərinə güzəşt edir
# 04 mart 2015 07:15 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. ABŞ dolların məzənnəsinin artması ilə əlaqədar “Rabitəbank” ABŞ dollarında krediti olan və ödənişlərdə çətinlik çəkən müştərilərə kreditin vaxtının uzadılması imkanı yaradacaq.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ABŞ dolları ilə kreditləri olan müştərilərin ödənişlərində çətinliklərin qarşısının alınması üçün yeni ödəniş müddəti, ödəniş məbləğinin manat ekvivalenti ilə, əvvəlki məbləğdə saxlanılmasına imkan yaradacaq.

Bunun üçün müştərilər kredit aldıqları filiallara müraciət etməlidir.

Ətraflı məlumatı “Rabitəbank”ın rəsmi saytından www.rabitabank.com və 133 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR