Azərbaycandakı sığorta şirkətlərindən 15-i ödənişlərini artırıb, 12-si azaldıb

Azərbaycandakı sığorta şirkətlərindən 15-i ödənişlərini artırıb, 12-si azaldıb
# 16 sentyabr 2015 09:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 8 ay ərzində sığorta ödənişlərinin məbləğinə görə də lider 19,4 mln. manatla “PAŞA Sığorta” şirkəti olub.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyib.

Onun sözlərinə görə, sonrakı yerləri tutan “Qala Həyat Sığorta”nın ödənişləri 16,1 mln. manat, “Atəşgah Sığorta”nın ödənişləri isə 10,3 mln. manat təşkil edib.

Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “Atəşgah Həyat Sığorta” (9,6 mln. manat) və “Azərsığorta” (8,3 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 54,8%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 63,7 mln. manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (179 min manat), “Günay Sığorta” (72 min manat), “Çartis Azərbaycan” (53 min manat), “İpək Yolu Sığorta” (37 min manat) və “Azərqarant” (2 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 343 min manat olub ki, bu da ödənişlərin cəmi 0,3%-ni təşkil edir.

Ümumilikdə 27 sığorta şirkətindən 3-də ödənişlərin məbləği 10 mln. manatdan çox, 5-də 5 mln. manatdan çox, 11-də 1 mln. manatdan 5 mln. manata qədər, 1 şirkətdə 500 min manatdan 1 mln. manata qədər, 3 şirkətdə 100 min manatdan 500 min manata qədər, 4 şirkətdə isə 100 min manatdan da aşağıdır.

Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR