Bakının mərkəzində kütləvi dava baş verib, bir nəfər bıçaqlanıb

Bakının mərkəzində kütləvi dava baş verib, bir nəfər bıçaqlanıb
# 23 iyul 2014 09:16 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda 25 yaşlı gənc bıçaqlanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 22-də saat 05:35 radələrində, Rəsul Rza küçəsində yerləşən Xaqani bağının yaxınlığında baş tutub.

Xəsarət alan Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahin Quliyev 4 bıçaq yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Şirvan şəhər sakinləri - 1991-ci il təvəllüdlü Kərim Kərimov, 1992-ci il təvəllüdlü Əli Süleymanov, 1993-cü il təvəllüdlü Fuad Əliyev və 1995-ci il təvəllüdlü İlham Sadıyev saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR