"Azəriqaz" abonentlərinin sayını açıqlayıb

"Azəriqaz" abonentlərinin sayını açıqlayıb
# 10 iyun 2016 08:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 423 yeni abonent qeydiyyata alınıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bunun da 2 253-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 9 170-i isə regionların payına düşüb. Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 909 513-ə çatıb.

Onu da qeyd edək ki, bu ilin 1 iyun tarixinə olan məlumata görə, əhali sektoru üzrə 130 682 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 359 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR