“KATV1” yayımlanan rəqəmsal telekanalların sayını artırıb

“KATV1” yayımlanan rəqəmsal telekanalların sayını artırıb
# 11 avqust 2014 11:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “KATV1” kabel televiziyası 9 illik fəaliyyətinin ildönümü ilə əlaqədar abunəçilərinə növbəti töhfəsini verib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, artıq bu gündən başlayaraq abunəçilər əsas rəqəmsal paketdə 87 deyil, 100 telekanalı izləyə bilərlər.

Bununla yanaşı “Genişləndirilmiş Rus” paketində kanalların sayı artıq 36-ya (əvvəl 24), “Genişləndirilmiş Türk” paketi – 27-yə (əvvəl 24), “Super sport” – 18-ə (əvvəl 7) çatdırılıb. Bundan başqa, rəqəmsal baza paketində həmçinin 10 radiokanal da yayımlanır.

Kanallarının sayının artırılmasına baxmayaraq abunə haqqı dəyişilməz qalıb. Xidmətin keyfiyyətinin səviyyəsinin yüksəldilməsi üçün “KATV1” müştəri xidmətinin telefon kanallarının sayı artırılıb, yeni avadanlıq və proqram təminatı tətbiq olunub.

“KATV1” kabel televiziyasının 9 illiyi münasibəti ilə avqustun 24-dək bütün kanallar açıq şəkildə yayımlanacaq.

Qeyd edək ki, KATV1 kabel televiziyası abunəçilərə “ethernet” texnologiyası ilə yüksək sürətli internet xidməti də göstərir. Abunəçilər yüksək keyfiyyətli televiziya və internet xidmətlərindən bir arada sərfəli qiymətlərlə istifadə edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR