Lənkəran şəhərində evdən 6 min manatdan çox pul aparan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aldatma yolu ilə E.Nəcəfovanın mənzilinə girərək oradan 200 manat pul və mobil telefon aparmaqda şübhəli bilinən ev sahibəsinin qohumu olan bir yeniyetmə, Lənkəran şəhər sakini İ.Hacıyev, Ucar rayon sakini Ə.Həsənzadə və Xızı rayon sakini F.İlyasov saxlanılıblar.
Faktla əlaqədar cinayət işi başlanılıb.
M.Tağızadə və İ.Hacıyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların 2018-ci ilin mart ayında həmin evdən soyğunçuluq yolu ilə 6000 manat pul aparmaları da müəyyən edilib.