Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Sabirabad rayonu, Muradbəyli kəndi ərazisindən axan hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1981-ci il təvəllüdlü İsgəndərova Almaz Alməmməd qızının cəsədi batdığı yerdən tapılaraq çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat bu gün saat 08:35-də başa çatıb.