Şəmkirdə bələdiyyə seçkiləri ilə bağlı informasiya sessiyası keçirilib - FOTO

Şəmkirdə bələdiyyə seçkiləri ilə bağlı informasiya sessiyası keçirilib - <span style="color: red;">FOTO
# 05 dekabr 2014 09:29 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda informasiya sessiyası keçirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa Şurasının birgə təşkilatçılığı ilə reallaşan görüşdə bu qurumların mümayəndələri ilə yanaşı rayonların icra başçıları və həmin rayonları əhatə edən DSK sədrləri iştirak ediblər.

Bələdiyyəyə seçkilərində iştirak etmək istəyən 37107 namizədin qeydə alındığını deyən MSK katibi Mikayıl Rəhimov 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində 30107 min namizədin mübarizə apardığını xatırladıb. O bildirib ki, bələdiyyə üzvlüyünə namizədliyini irəli sürənlərin 62,2 faizi fərdi təşəbbüslə çıxış edib. Qalan namizədlər isə partiyalar tərəfindən irəli sürülüb.

Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov isə yerli icra strukturlarının seçki prosesində iştirakı və onların səlahiyyətləri haqda danışıb. O qeyd edib ki, seçki günü səsvermənin gedişi və səslərin sayılması prosesində İcra Hakimiyyəti nümayəndələrinin hər hansı formada iştirakı qanunla qadağan edilir. Seçki məntəqələrində quraşdırılan vebkameralar isə bu və ya digər qanun pozuntusu və ya seçkini gedişinə müdaxilə hallarının qarşısın almağa və zəruri addımların atılmasına imkan verəcək. Eyni zamanda seçkilərin 50 minə yaxın müşahidəçi tərəfindən izlənməsi şəffaflığın təmin olunmasında böyük rol oynayacaq.

Daha sonra sessiya iştirakçıları seçkilrin təşkili ilə bağlı suallarını səsləndirib, maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR