“Fitch” “Kapital Bank”ın sabitlik reytinqini artırıb

“Fitch” “Kapital Bank”ın sabitlik reytinqini artırıb
# 15 dekabr 2014 09:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Fitch” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın uzunmüddətli defolt emitenti reytinqini “B+” səviyyəsində təsdiqləyib.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, bank üzrə proqnoz “Stabil”dir.

Bununla yanaşı, “Fitch” “Kapital Bank”ın sabitlik reytinqini “b” səviyyəsində təsdiqləyib.

Agentliyin analitikləri hesab edir ki, bankın sabitlik reytinqinin artırılması onun məhsuldarlığı və möhkəm kapitallaşması ilə izah olunur.

“Bank yüksək likvidlik səviyyəsinə malikdir. Buna səbəb bankın irihəcmli depozit portfelinin olmasıdır”, - deyə məlumatda qeyd olunur.

Agentliyin məlumatında qeyd olunur ki, bankın uzunmüddətli defolt emitenti reytinqi ölkənin suveren reytinqinin azaldılması zamanı baş verə bilər. Lakin hazırda bu cür ssenarilər nəzərdən keçirilmir.

Bundan başqa, analitiklər hesab edir ki, “Kapital Bank” pərakəndə portfeldə aktivlərinin yüksək keyfiyyətliliyini qoruduğu halda uzunmüddətli defolt emitenti reytinqini artıra bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR