Azərbaycanda əldə olunan elektron imzaların sayı 32 minə yaxınlaşır

Azərbaycanda əldə olunan elektron imzaların sayı 32 minə yaxınlaşır
# 07 may 2015 10:19 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Elektron hökumət” bülleteninin may buraxılışında elektron imza vəsiqələri barədə növbəti statistika açıqlanıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 30 aprel tarixinə ölkə üzrə əldə olunan elektron imza sertifikatları 31 682 ədəd təşkil edib.

Artıq dövlət qurumlarına 18 396 elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilən sertifikatların sayı 5 817-ə çatıb. Vətəndaşlar isə 7 469 sertifikat əldə ediblər.

Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilən, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR