Vitse-spiker: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü dekabrın əvvəlində baş tuta bilər”

Vitse-spiker: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü dekabrın əvvəlində baş tuta bilər”
# 18 noyabr 2015 23:48 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Azərbaycan və Ermənistan prezidentlərinin görüşü dekabrın əvvəlində baş tuta bilər.

APA-nın RİA "Novosti"-yə istindan verdiyi məlumata görə, bunu Ermənistanın hakim partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib.

"Prezidentlərin görüşü yaxın həftələrdə keçiriləcək. Güman edirəm ki, Əliyev-Sarkisyan görüşü dekabrın əvvəlində baş tutacaq. Görüşün hansı gündə və harada keçiriləcəyi barədə əlavə məlumat veriləcək", - deyə E. Şarmazanov vurğulayıb.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 26-28-də regiona səfər ediblər. Səfərin yekunlarına dair yaydıqları bəyanatda həmsədrlər bildiriblər ki, Azərbaycan və Ermənistan prezidentləri ilin sonunadək yüksək səviyyədə görüşün keçirilməsinə hazır olduqlarını təsdiqləyiblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR