Vurğun Əyyub: “Qubad İbadoğlunun Müsavat başqanlığına namizədliyini müdafiə edəcəyəm”

Vurğun Əyyub: “Qubad İbadoğlunun Müsavat başqanlığına namizədliyini müdafiə edəcəyəm”
# 21 iyul 2014 13:49 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının üzvü Vurğun Əyyub deyib.

V. Əyyub qeyd edib ki, Müsavatın qurultayının gecikməsi partiya əleyhinə təbliğat vasitəsinə çevrilib. O, partiyanın bəzi funksionerlərinin qurultayın parlament seçkilərindən sonraya saxlanılması barədə təklifi ilə razılaşmayıb: “Hər kəsin öz fikri var. Ancaq mən düşünürəm ki, Nizamnamənin tələblərini əsas tutaraq, qurultayı keçirməliyik”.

V. Əyyub Müsavat başqanlığına namizədliyini açıqlayan Divan üzvü Qubad İbadoğlunun namizədliyini müdafiə edəcəyini də bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR